Mahir Emreli: "Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa, bilin ki..."

12:31 - 25 Noyabr 2021

Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Avropa Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində "Lester"in qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü bu görüşdən öndə sosial şəbəkə hesabında paylaşım edib. 24 yaşlı forvard "Kinq Pauer" stadionundakı məşqdən foto paylaşaraq bu sözləri qeyd edib:

 

"Ətrafımda divarlar tikməyi planlaşdırırsızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm".

 

Qeyd edək ki, "Lester" - "Legiya" qarşılaşması bu gecə Bakı vaxtilə saat 00:00-da start götürəcək.

Xəbər xətti