Millimizin baş məşqçisi: "Bu cür məğlubiyyətlər psixoloji cəhətdən futbolçulara mənfi təsir edir"

00:03 - 26 Noyabr 2021

"Ardıcıl beş oyundur məğlub oluruq. Bu, heç də yaxşı hal deyil. Bu cür məğlubiyyətlər psixoloji cəhətdən futbolçulara mənfi təsir edir".

Sportal.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Siyasət Əsgərov deyib.

DÇ-2023-ün seçmə mərhələsinin 5-ci oyununda Rusiya ilə qarşılaşan yığmamız rəqibinə 0:4 hesabı ilə uduzub. Əsgərovun sözlərinə görə, onlar meydana ruslardan xal almaq üçün çıxıb:

"Doğma meydanda keçirdiyimiz oyunda xal qazanıb “qara zolaq”dan çıxmaq istəyirdik. Bu cür komandalarla, rəqiblərlə oyunda minimum səhvlə oynamaq lazımdır. Oyunda buraxdığımız səhvlərdən qollar buraxdıq. Artıq Rusiya ilə oyunu unudub Monteneqro ilə qarşılaşmaya diqqət ayırmalıyıq. Məqsədimiz xal və ya xallar qazanmaqdır".

Xəbər xətti