A seriyası və Azərbaycan Premyer Liqası: Yeganə italyan, "Torino", "Milan" və "Roma"da oynamış legionerlər

15:40 - 28 Noyabr 2021

İndiyə qədər Azərbaycan Premyer Liqasında oynamış legioner arasında tanınmış və güclü liqaların iştirakçıları da var. Sportal.az oxuculara İtaliya A seriyasında və Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçular barədə məlumat verəcək.

Marko Veşoviç - "Torino"

"Qarabağ"ın yayda heyətinə qatdığı Marko Veşoviç İtaliya A seriyasında oynamış futbolçulardandı. O, 2014-cü ildə 1 milyon avro qarşılığında "Srvena Zvezda"dan "Torino"ya keçmişdi. A seriyasında cəmi 3 oyun keçirmiş Veşoviç sonradan "Riyeka"ya qayıdaraq oradan da "Legiya"ya transfer edilmişdi. 



Keysuke Honda - "Milan"

2020/2021 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan çempionu olmuş yaponiyalı “Milan”ın heyətində A seriyasında 81 oyun keçirib. O, “rossonyerlər”in heyətinə 2016-cı ildə İtaliya superkubokunu qazanıb. Karyerasını başa vuracağı gözlənilən Honda bir müddət əvvəl “Suduva” ilə anlaşmışdı.​



Mixail Sivakov - "Kalyari"

"Qəbələ"nin keçmiş futbolçusu karyerası ərzində İtaliyada 2 fərqli komandada oynayıb. Lakin yalnız "Kalyari"nin heyətində A seriyasında oyuna çıxıb. "Pyaçentsa"nın heyətində isə B seriyası oyunlarında iştirak edib. "Kalyari"dəki debüt matçı 2009/2010 mövsümünün 12-ci turunun "Sampdoriya"(2:0) ilə oyununa təsadüf edib. 33 yaşlı futbolçu 2018-ci ildən bu yana "Orenburq" forması geyinir.



Sezar Meza Kolli - "Çezena"

Yayda "Keşlə"dən "Neftçi"yə keçən Sezar Meza Kolli də İtaliya A seriyasının ab-havasını hiss edənlərdəndi. 2011/2012 mövsümündə "Çezena"nın heyətində İtaliya yüksək liqasında 2 oyuna çıxıb. Paraqvaylı futbolçu komandasının "Latsio" (1:2), "Parma" (2:0) məğlubiyyətlərinin canlı şahidi olub.




Rafael Santos - "Bolonya"

Rafael Santos "Qəbələ"yə gəlməmişdən əvvəl İtaliyada qısamüddətli karyera yaşayıb. "Atletiko Paranaense"yə məxsus olsa da, "Bolonya"da altı aylıq icarədə oyamış stoper A seriyasında cəmi iki oyunda meydana çıxıb. Futbolçu "Latsio" (2:3) və "Kalyari"(1:1) ilə matçlarında oynayıb. Təcrübəli oyunçu son vaxtlarda İtaliyada aşağı liqa komandası olan "Kiliverçe"də forma geyinir.




Samuel Armenterros - "Benevento"

"Qarabağ"dan ayrıldıqdan sonra Samuel "Herakles"də 29 oyuna 19 qol vuraraq sonradan 2 milyon avro qarşılığında "Benevento"ya keçmişdi. A seriyasında 9 oyuna çıxmış sabiq "Qarabağ"lı 13-cü turun "Sassuola"(1:2) ilə görüşündə komandasının yeganə qolunu vurmuşdu. Son olaraq "Əl-Fucayra"da oynamış forvard hazırda klubsuzdu.




İnnosent Emeqara - "Livorno", "Siena"

"Qarabağ"la fərqli mövsümlərdə iki dəfə müqavilə bağlayan Emeqara ölkəmizə gələnə qədər yetərincə güclü liqalarda çıxış etmişdi. Nigeriyaəsilli isveçrəli forvard ilk dəfə "Qarabağ"a gəlməmişdən əvvəl "Livorno"da oynamışdı. O, bu klubun heyətində A seriyasında çıxdığı 30 oyuna 4 qol vurmağı bacarmışdı. 2012/2013 mövsümündə "Siena"da oynayanda isə 17 oyunda 7 dəfə fərqlənmişdi. Ağdam klubuna ikinci gəlişində isə o qədər də uğurlu olmayan Emeqara komandada saxlanılmamışdı. Hazırda karyerasını başa vurub.



Canluka Sansone - "Sampdoriya", "Torino"

Azərbaycan çempionatında oynamış ilk və hələ də yeganə italyan kimi tarixə keçən Canluka Sansone "Neftçi"də çıxış etmişdi. O, A seriyasında "Sampdoriya" və "Torino"da çıxış etmişdi. A seriyasında 56 oyun keçirmiş Sansone 6 qol vurmuşdu.



Alvaro Ampuero - "Parma"

Adıçəkilən futbolçu da Azərbaycan Premyer Liqasında çıxış etmiş ilk və yeganə peruludu. "Zirə"yə icarəyə gəlməmişdən əvvəl Ampuero İtaliya A seriyasında oynayıb. O, 2013-cü ildə ölkəsinin tanınmış klubu "Universitario"dan 370 min avro qarşılığında "Parma"ya keçmişdi. "Padova" və "Salernitana"da icarə əsasında keçirmiş perulu "Parma"nın heyətində A seriyasında 5 oyun keçirib.



Toni Doblas - "Napoli"

"Xəzər Lənkəran"ın qapısını qorumuş Toni Doblas Azərbaycanı tərk etdikdən sonra heç kimin gözləmədiyi halda Italiyanın tanınmış klubu olan "Napoli"yə keçmişdi. İspan qolkioper Neapol təmsilçisinin heyətində A seriyasında oyuna da çıxmağa macal tapmışdı. O, "Napoli"nin A seriyasında 37 və 38-ci turlarda keçirdiyi müvafiq olaraq "Sampdoriya"(5:2) və "Verona"ya(5:1) qarşı keçirdiyi görüşlərdə qapını qorumuş, komandasının qələbəsində pay sahibi olmuşdu. Son vaxtlarda Doblas özü üçün doğma olan "Betis"də qapıçılar üzrə məşqçi işləyirdi.



Adrian Pit - "Roma"

"Xəzər Lənkəran" azarkeşlərinin sevimlilərindən olmuş Adrian Pit Azərbaycana gələnə qədər Italiyanın ən məşhur klublarından olan "Roma" forması geyinmişdi. O, A seriyasında iki oyunda meydana çıxmışdı. Pit  "Livorno" və "Siena" ilə matçlarda Daniele De Rossi, Julio Baptistao və Yon Arne Riise kimi oyunçularla əsas heyətdə meydana çıxmışdı. Pit hazırda Rumıniyada "Teuz Cermei" kubunda oynayır.



Pavol Farkaş - "Kyevo"

Slovakiya millisinin sabiq üzvü 2014/2015 mövsümündə "Qəbələ"yə keçmişdi. Azərbaycana gələnə qədər isə müdafiəçi Italiyada da oynamışdı. Stoper mövqeyində oynamış Farkaş "Kyevo"da çıxış edib. Amma o əsas heyət üzvü ola bilməmiş və 2012/2013 mövsümündə A seriyasında cəmi 4 oyunda meydana çıxmışdı. "Qəbələ"də də bir mövsüm keçirən slovak ölkəmizdə qalmamışdı. 36 yaşlı müdafiəçi karyerasını başa vurub.



Kamil Kopunek - "Bari"

Kopunek Slovakiya millisinin sabiq üzvüdü. Ölkəsinin ilk dəfə Dünya çempipnatına qatıldığı turnirdə o, millisinin İtaliya üzərində qazandığı qələbədə bir qol il töhvə vermişdi. Cənubi Afrikadakı dünya çempionatında iki oyun oynamış yarımmüdafiəçi "Rəvan"da da çıxış etmişdi. Azərbaycandan əvvəl isə o, "Bari"nin heyətində A seriyasında 5 oyuna çıxmışdı. Kopunek artıq karyerasını başa vurub. 




Xayme Romero - "Udineze", "Bari"

"Qarabağ"ın hazırda zədəli olan futbolçusu İtaliyada 2 iki klubda oynayıb. "Albasete"dən 1,8 milyon avro qarşılığında "Udineze"yə keçən Xayme bu klubda 4 oyuna çıxmışdı. Ardınca "Bari"yə icarəyə verilən ispan bu komandanın heyətində də 10 oyun oynadıqdan sonra "Qranada"ya göndərilmişdi. Futbolçunun A seriyasında qol vura bilməmişdi.



Maykl Esyen - "Milan"

"Çelsi"dən ayrıldıqdan sonra azad agent statusu ilə 2013/2014 mövsümünün qış transfer pəncərəsi zamanı "Milan"a keçən Esyen mövsüm sonuna kimi 7 oyuna çıxmışdı. 2014/2015 mövsümündə isə Fiıippi Inzaqi qanalıya 13 oyunda oynamaq şəraiti yaratmışdı. 37 yaşlı "Səbail"li orada da çox qalmayaraqc ardınca azad agent kimi "Panatinaikos"la anlamışdı.




Asmir Beqoviç  - "Milan"

"Qarabağ"dan ayrıldıqdan sonra onun müqavilə ilə məxsus olduğu "Bornmut"a dönəyi gözlənilsə də, o, "Milan"a icarəyə verildi. Mövsüm sonunda "Milan"la icarəsi bitəcək bosniyalı kiper yeni klubunda cəmi iki oyuna çıxa bilib. Hazırda Beqoviç "Everton"un qapısını qoruyur. 

Xəbər xətti