Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” növbəti matçına çıxıb.
Tula təmsilçisi “Lokomotiv”lə (Moskva) qarşılaşıb.
Ayazın komandası bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.