Azərbaycanda oynamış Lukaş Sapela milli komandamızın hücumçusu Mahir Emreli haqda danışıb.
Sportal.az saytına açıqlama verən polşalı veteran qapıçı “Legiya”nın hücumçusu haqda bunları deyib:
“Son vaxtlar Polşa və Azərbaycan mətbuatında Mahir haqda çox yazırlar. Son oxuduğuma görə, Mahir “Legiya”dan ayrıla bilər. Macarıstan və İngiltərə klublarından variantı olması doğrudu ya, yox bilmirəm.
Fanatlarla məsələsindən sonra Mahir “Legiya”da qalmaq istəyir, ya yox onu bilmirəm. Hər halda qışda bunu hamımız görəcəyik.