Nazir Zabit Səmədovla görüşdü

16:56 - 6 Yanvar 2022

Gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman Konsert Kompleksinin fəaliyyəti ilə tanış olub.

 

Sportal.az xəbər verir ki, o, burada yaradılmış şəraitlə maraqlanıb və fitnes zalına baxış keçirib.

 

Kompleksdə “Zabit Səmədov” döyüş klubunda məşqləri izləyən F. Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb.

 

Zabit Səmədov rəhbərlik etdiyi klubun fəaliyyəti barədə məlumat verib. Fərid Qayıbov idmançıların beynəlxalq yarışlara hazırlığı ilə maraqlanıb və MMA klublarının birgə fəaliyyətinə dair tövsiyələr verib.

 

Görüşdə nazir müavini Mariana Vasileva, İdman Şöbəsinin müdiri Elnur Məmmədov və Kadr Hazırlığı Sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.

Xəbər xətti