Yunanıstan klubuna keçidi gündəmdə olan müdafiəçi: "Olimpiakos" da məni istəyir, "Qəbələ" də" - MÜSAHİBƏ

21:16 - 17 Yanvar 2022

“Olimpiakos”(Volu) klubuna keçəcəyi gözlənilən Turan Manafov Sportal.az saytına müsahibə verib. “Səbail”in futbolçusu Yunanıstan klubu ilə yanaşı “Qəbələ” ilə danışıq aparır. U-21 yığmamızın sabiq üzvü saytımıza müsahibəsində legioner həyatı yaşamaq istəyindən danışıb.

- “Qəbələ” və “Olimpiakos” demək olar i, sənin üçün mübarizə aparır. Səni hansı komandada görəcəyik?
- Hazırki dövrdə bu barədə bir söz deyə bilməyəcəm. Hələ ki, danışıqlar gedir. 

- “Olimpiakos”un səni istədiyi çoxdan məlum idi. “Qəbələ” variantı da realdı?
- Bəli, “Qəbələ” variantı da realdı. Onlar da məni istəyir, “Olimpiakos” da. Sadəcə dediyim kimi hələ ki, danışıqlar davam edir. “Səbail” hansı komanda ilə razılığa gəlsə, o da olacaq.

- Adıçəkilən klublardan hansı səninlə danışıb?
- Hər 2 komanda mənim özümlə danışıb. Düzü, “Qəbələ”də də oynamaq istəyərəm, “Olimpiakos”da da. Sadəcə indi hər şey, komandaların “Səbail”lə danışığından, razılığa gəlməsindən asılıdı. Hələ mən də dəqiq bir şey bilmirəm. Sadəcə danışıqların getdiyindən xəbərdaram. Həm “Qəbələ”, həm də “Olimpiakos” da “Səbail”lə danışıq aparır.

- Yunanıstan mətbuatı müqavilə üçün Afinaya yollandığını yazır. Doğrudu?
- Xeyr, heç yerə getməmişəm. İndi də Bakıdayam. Yazılanlar doğru deyildi. Bakıdayam, işimin həll olunmasını gözləyirəm. Bilim ki, artıq “Səbail”dən razılığa gəliblər, hara məsləhət bilsələr gedəcəm. Sadəcə indi Bakıdayam, ölkə xaricinə yollanmamışam.

- Bildiyim qədərilə daha çox legioner həyatı yaşamaq istəyirdin?
- Əlbəttə ki, legioner həyatı yaşamaq istəyirəm. Azərbaycanı ölkə xaricində təmsil etməyi çox istəyirəm. 

Xəbər xətti