A Seriyası klubuna texniki məğlubiyyət verildi

15:27 - 20 Yanvar 2022

İtaliyanın "Salernitana" klubuna texniki məğlubiyyət verilib.

Sportal.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. Salerno təmsilçisi XIX turda "Udineze" ilə oyuna çıxmaqdan imtina etdiyi üçün cəzalandırılıb. Bundan əlavə klubun hesabından da 1 xal silinib.

"Salernitana" dekabrın 21-də keçirilməli olan bu qarşılaşmaya komandada koronavirusa yoluxanların sayının çoxluğunu səbəb göstərərək çıxmayıb.

Salernolular hazırda 10 xalla turnir cədvəlinin sonuncusudu.

Xəbər xətti