"Qarabağ" "100-lük"də, "Neftçi" Başakşəhər"ə şərik oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının dünyanın ən yaxşı klublarının siyahısını dərc etdiyi barədə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, cədvəldə Azərbaycandan "Qarabağ" və "Neftçi" də yer alıb.

 

Ümumən siyahıdakı 404 klubdan 243-ü Avropanı təmsil edir. Bu isə Azərbaycan təmsilçilərinin "köhnə qitə"də neçənci olduqlarını müəyyənləşdirməyə imkan verir.

 

Ağdam klubu 133 xalla Avropa üzrə 67-ci yerdədi. Təmsilçimiz "Malmö" və "Ferensvaroş"a şərikdi.

 

"Neftçi" isə Avropada 148-ci yeri bölüşür. 78,5 xalı olan "ağ-qaralar" "Elfsborq" və "Başakşəhər"lə eyni göstəriciyə malikdi.

Tarix: 21 Yanvar [11:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 May 2022
20  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio