Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

16:26 - 23 Yanvar 2022

Türkiyə I Liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" səfərdə "Adanaspor"un qonağı olub. Matç Ankara təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Vüsal İsgəndərli bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.

 

Xallarını 26-ya yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti