Yeni transfer "Neftçi"nin məşqində iştirak etdi

18:22 - 23 Yanvar 2022

“Neftçi” Türkiyənın Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komandanın üzvləri bu gün oyunöncəsi son məşqə çıxıb. “Emirhan Sports Complex Side”da baş tutan hazırlıq prosesində zədəli Aqil Məmmədovdan başqa bütün futbolçular, o cümlədən yeni transfer İvan Brkiç də iştirak edib.

 

Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “ağ-qaralar” sabah toplanış çərçivəsində sonuncu sınaq matçını keçirəcək. Flaqman Bakı vaxtı ilə saat 16:00-da Polşanın “Qurnik Lençna” klubu ilə qarşılaşacaq.

 

Flaqman yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə üz-üzə gəlib.

Xəbər xətti