Türkiyəli futbolçu "Selta"nı "Xetafe"yə dəyişdi

22:14 - 26 Yanvar 2022

İspaniyanın "Xetafe" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Selta"nın türkiyəli yarımmüdafiəçisi Okay Yokuşlunu rənglərinə bağlayıb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

"Xetafe" 27 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürüb. Klub yayda təcrübəli dayaq yarımmüdafiəçisini birdəfəlik heyətinə qatmaq hüququna sahibdir.

Xəbər xətti