İlkay Gündoğan "Real" yolunda

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan yayda komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. "Şəhərlilər" klubla 1 illik müqaviləsi olan 32 yaşlı yarımmüdafiəçini pulsuz buraxmağa hazırdı. Almaniya millisinin üzvünə yayda yeni klubla razılaşmağa icazə verilib.

 

İlkay Gündoğanla "Real" yaxından maraqlanır. Türk əsilli futbolçunun növbəti dayanacağının Madrid olacağı bildirilir.

 

İlkay Gündoğan Pep Qvardiolanın "Mançester Siti"də etdiyi ilk transferdir. Premyer Liqa təmsilçisi onu 2016-cı ilin yayında "Borussiya"dan 27 milyon avroya transfer etmişdi.

 

Təcrüəbli yarımmüdafiəçi cari mövsümdə İngiltərə klubunun heyətində meydana çıxdığı 42 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 17 May [16:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio