"Sabah"a isti suya görə xəbərdarlıq edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

Premyer Liqanın XXVII turunun “Şamaxı” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XXVII turun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

“Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

“Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir;

“Sumqayıt” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XXVII turun “Zirə” – “Neftçi” oyununda “Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

Tarix: 20 May [14:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio