Millimizin yarımmüdafiəçisi klubunda qaldı

17:06 - 20 May 2022

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb.

2019-cu ildən komandanın formasın geyinən yarımmüdafiəçi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin uğurları üçün çalışıb.

​"Sumqayıt" bu gün müdafiəçi Vurğun Hüseynovla da müddəti 1 il olan müqavilə imzalayıb.

Xəbər xətti