"Çelsi", "Mançester Yunayted" və "Tottenhem"in transfer etmək istədiyi oyunçu

00:14 - 21 May 2022

“İnter”in futbolçusu Milan Şkrinyar İngiltərə nəhənglərinin maraq dairəsinə düşüb. Sportal.az xəbər verir ki, futbolçunu “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” heyətində görmək istəyir.

 

Şkrinyar 2017-ci ildən “İnter”də çıxış edir. Slovakiyalı müdafiəçi bu mövsüm bütün turnirlər nəzərə alınmaqla 47 oyunda meydana çıxıb və 4 qola imza atıb. Futbolçunun “İnter”lə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.

 

Qeyd edək ki, Transfermarkt portalında Milan Şkrinyarın transfer dəyəri 60 milyon avro məbləğində qiymətləndirilib.  

 

Xəbər xətti