"Neftçi" məşhur məşqçiyə təklif göndərdi

16:52 - 21 May 2022

Samir Abasova yeni müqavilə təklif etməyən “Neftçi”nin danışıqlar apardığı baş məşqçilərdən birinin kimliyi redaksiyamıza bəlli olub.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, həmin mütəxəssis Temur Ketsbayadır.

 

Funksionerlədən biri şəxsən onunla görüşmək üçün Avropaya yollanıb.

 

Gürcü çalışdırıcı hazırda “Anortosis Famaqusta”da işləyir. O, 2019-cu ildən Kipr klubunun sükan arxasındadır.

 

Tbilisi “Dinamo”sunun yetirməsinin futbolçu karyerası kifayət qədər zəngindir. 1992-ci ildə buradan ayrılan hücumçu legioner həyatına elə “Anortosis”də başlayıb (1992–1994).

 

Daha sonra Yunanıstanda AEK, İngiltərədə “Nyukasl” və “Vulverhempton”, Şotlandiyada

 

“Dunde”nin formasını geyinib. 2002-ci ildə yenidən “Anortosis”ə dönən Ketsbaya 5 il “ağ-göylər”in şərəfini qoruyub və karyerasını da elə burada başa vurub.

 

Məşqçi işinə “Anortosis”də başlayan gürcüstanlı 2009-cu ilədək görəvdə qalıb.

 

“Olimpiakos”un təklifini qəbul edən Ketsbaya növbəti illərdə APOEL, AEK, “Orenburq”un uğurları üçün çalışıb. 2009-2014-cü illərdə Gürcüstan yığmasının ona tapşırıldığını da xatırladaq.

Xəbər xətti