Mahir Emreli çempionluq kubokuna qovuşdu

11:13 - 22 May 2022

Xorvatiya çempionatında 2021/22 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” 36-cı turda doğma meydanda “Hayduk”la qarşılaşııb. Matç zaqreblilərin 3:1 hesablı qələbəsiylə başa çatıb.

 

Mahir bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

 

Çempionluğu bir tur əvvəl rəsmiləşdirən “Dinamo” mövsümü 79 xalla bitirib. Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin kollektivi qızıl medallarla və çempionluq kuboku ilə təltif olunub.

Xəbər xətti