Şahruddin Məhəmmədəliyev: "Komandamız hər zaman güclü olub deyə, müqayisə aparmaq çətindi" - MÜSAHİBƏ

"Qarabağ"ın qolkiperi Şahruddin Məhəmmədəliyev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" bu mövsüm ölkə çempionluğunu bayram etdi. Mövsüm sizin üçün necə keçdi? 
- Hər şey biz istəyən kimi oldu. Allahın da köməyilə çempion olduq. İndi qalıb ölkə kubokunun final matçı. Hansı ki, biz onu qazanmaq istəyirik.

- Bu mövsüm Premyer Liqada cəmi bir oyunda məğlub oldunuz. Son oyunlarda isə ümumiyyətlə, rəqiblərə imkan vermirdiniz...
- Bu mövsüm hər şey istədiyimiz kimi alındı. Amma biz çox məşq etmişdik. Onsuzda nəticə böyük işlərdən sonra gəlir. Komanda olaraq istədiyimizi edə bildik.

- Turun son oyununda “Neftçi”ni 4:1 hesabı ilə məğlub etməyi bacardınız.Səncə, onlar güclü olsaydı, mövsüm “Qarabağ” üçün daha çətin keçərdi?
- Bu barədə düşünmürdük. Əvvəlki oyunlara necə çıxırdıqsa, "Neftçi" matçına da eyni istəklə çıxmışdıq. Məqsəd hər biroyunda qalib gəlməkdi. Biz də bunu etmiş olduq.

- Uzun illərdi ki, “Qarabağ”la çempionluq yaşayırsan. Demək olar ki, builki “Qarabağ” ən güclüsüdü?
- Bilmirəm. Çünki komanda hər il güclü idi. Komandamız hər zaman güclü olub deyə, müqayisə aparmaq çətindi.

- Hər halda ümumi olaraq sizin üçün sezon hələ başa çatmayıb. Ölkə kubokunun final qarşılaşmasında “Zirə” ilə oynayacaqsınız. Səncə, finalda onlara qalib gələrək "qızıl dubl" edəcəksiz?
- Bayaq dediyim kimi, biz kuboku qazanmaq istəyirik. Finalda qalib gəlməyə çalışacağıq. İnanıram ki, bu, bizdə alınacaq.

- Artıq çoxları indidən “Qarabağ”ın yeni mövsüm Çempionlar Liqasının qrupuna düşəcəyinə inanır, istəyir. Səncə, bu, baş verəcək?
- Bu, azarkeşlərimizin bizdən gözləntisidi. Normaldı. Çünki biz hamımız Çempionlar Liqasının qrupuna düşmək istəyirik. Allahın köməyilə əlimizdən gələn hər şeyi edəcəyik.
Tarix: 24 May [14:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio