Milli üzvü "Sumqayıt"dan ayrıldığını açıqladı

20:20 - 24 May 2022

Müdafiəçi Tellur Mütəllimov "Sumqayıt"dan ayrılıb. 


Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Feysbuk profilində paylaşdığı yazı ilə ayrılığı açıqlayıb: 

 

"Çətin olsa da, deməliyəm ki, 2 ildir ki uğurları üçün çalışdığım "Sumqayıt" klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah yollarımız yenidən kəsişər".


Tellur Mütəllimov 2020-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi. 27 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə "kimyaçılar"ın heyətində meydana çıxdığı 27 oyunda 1 qol vurub.

Xəbər xətti