"Azərbaycan və Belarus "dişimizə görə" rəqiblərdi"

13:40 - 25 May 2022

Qazaxıstanlı mütəxəssis Dmitri Oqay millisinin Millətlər Liqasının C3 qrupunda iyunda keçiriləcək oyunları, o cümlədən Azərbaycanla oyun barədə fikirlərini bildirib. 

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis millisinin hazırki durumundan da söz açıb: "İndidən nəsə demək çətindi. Millidə məşqçilər korpusu yenidi. Onun millidə hansı futbolu oynatmaq istədiyi önəmlidi.

Azərbaycan ve Belarusa qalib gələ bilərik? Həmin gündə hansı formada olmağımızdan çox şey asılıdı. Yoxsa, Azərbaycan da, Belarus da "dişimizə görə" rəqiblərdi".

Oqay “İrtış”, “Tobol”, “Ural”, “Kayrat”, “Kaysar” kimi klubları çalışdırıb.
 

 

Xəbər xətti