Türkiyə kubokunun qalibi məlum oldu - VİDEO

11:21 - 27 May 2022

Türkiyə Kubokunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, həlledici matçda "Kayserispor"la "Sivasspor" üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 2 qol vuran Sivas təmsilçisi yekunda 3:2 hesabı ilə qalib gələrək, kuboku muzeyinə aparıb.

"Sivasspor" tarixində ilk dəfə ölkə kubokunda belə zəfər qazanıb.

"Kayserispor" - "Sivasspor" - 2:3
Qollar: 
R.Civelek, 33, İ.Parlak, 107 - Appidanqoye, 60, Qradel, 95, Konate, 113

 

Xəbər xətti