"Qəbələ"nin 3 futbolçusu hazırlıqda iştirak etmir

15:34 - 20 İyun 2022

“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

Sporatl.az xəbər verir ki, bu oyunçular Urfan Abbasov, Yaovi Akakpo və Gülağa Əsədovdur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onların proqram üzrə bərpa prosesi davam edir.

"Qəbələ" iyunun 15-də yeni mövsümün hazırlıqlarına başlayıb.

Xəbər xətti