"Fehervar" "dişimiz"ə görə rəqibdi"

17:39 - 22 İyun 2022

"Hazırlığımız yaxşı səviyyədə keçir. Legionerlərimiz də yavaş-yavaş komandaya qoşulur. Kollektiv şəkildə hazırlığımız davam edir".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib.

Bölgə klubunun hücumçusu Konfrans Liqasındakı şanslarını da dəyərləndirib. O, 2-ci mərhələdə "Fehervar"la matçdakı şansları barədə bunları deyib: "Düzdü, potensial rəqiblər arasında daha da güclüləri var idi. Məncə, "Fehervar" "dişimizə" görə rəqibdi. Onlar haqda çox az məlumata sahibəm. Amma vaxtımız var. Daha çox məlumat toplayıb oyuna yaxşır hazırlaşacağıq. Onları keçmək ehtimalımıza gəlincə, futbolda hər şey mümündü. Amma turu keçən tərəf biz olmaq istəyirik".

İsgəndərov "Qəbələ"nin heyətində "Dinamo"ya (Tbilisi) qarşı keçirdikləri oyunu da xatırlayıb: "İlk dəfə deyil ki, avrokuboklarda oynayacam. "Dinamo"ya qarşı iki oyun oynamışam. Avrokubok oyunları həmişə əhəmiyyətli və həyəcanlı olur. Özünü yaxşı tərəfdən göstərmək üçün yaxşı şansdı".

Xəbər xətti