Millimizin keçmiş müdafiəçisi Aleksey Baqanın köməkçisi təyin olundu

13:19 - 27 İyun 2022

“Sumqayıt” futbol klubunun əsas komandasının məşqçilər heyətində yeni təyinat olub.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin sabiq müdafiəçisi Rail Məlikov baş məşqçi Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.

 

Qeyd edək ki, komandada keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Sumqayıt”la yanaşı “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə I Divizionun gümüş medallarına yiyələnib.

 

Bir 1 kişi görseli olabilir

Xəbər xətti