"Arsenal" milli üzvü ilə gücləndi

14:11 - 27 İyun 2022

İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi ABŞ-ın "Nyu İnqlənd" klubundan qapıçı Metti Turneri transfer edib. Bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.

 

"Arsenal" amerikalı qolkiperlə müqavilənin detallarını açıqlamayıb. Premyer Liqa təmsilçisinin ABŞ millisinin üzvü üçün 5 milyon avro ödədiyi bildirilir.

Xəbər xətti