Petr Çex "Çelsi"ni tərk edir

14:26 - 27 İyun 2022

İngiltərənin "Çelsi" klubunda texniki məshələtçi vəzifəsini yerinə yetirən Petr Çex London təmsilçisindən ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Çexiyalı veteran qapıçı ilə iyunun 30-da başa çatan müqavilə yenilənməyəcək. 40 yaşlı mütəxəssis öz istəyilə klubu tərk edəcək.

 

Qeyd edək ki, Petr Çex 2004 - 2015-ci illərdə "Çelsi"də çıxış edib. O, 2019-cu ildən texniki məshələtçi vəzifəsini yerinə yetirir.

Xəbər xətti