"Səbail" daha bir legionerlə müqavilə imzaladı

18:52 - 27 İyun 2022

"Səbail" heyətini daha bir legionerlə gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt klubu Qustavo Moreno de Françanı transfer edib.

25 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Braziliyada "Nasyonal" klubunun yetirməsi olan França son olaraq Portuqaliyada "Leykşoeş"də çıxış edib.
 

Xəbər xətti