"Qəbələ"nin 3 futbolçusunun durumu bəlli oldu

21:49 - 27 İyun 2022

"Qəbələ" zədəli futbolçuların sağlamlıq durumu ilə bağlı son vəziyyəti açıqlayıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisinin 3 futbolçusu hazırda toplanışda iştirak edə bilmir.

Belə ki, Ürfan Abbasov, Gülağa Əsədov proqram üzrə bərpa prosesini keçir.

​Dörd gün əvvəl diz qığırdağından əməliyyat edilən Yaovi Akakpo isə həkim nəzarətində zəruri prosedurlar keçir.

Xəbər xətti