Azərbaycan millisi bu gün Malta önünə çıxacaq

13:57 - 28 İyun 2022

Bu gün basketbol üzrə Azərbaycan millisi kiçik ölkələr arasında keçirilən Avropa çempionatında ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, Maltada keçiriləcək Avropa çempionatında millimiz ilk oyununu yerli milli ilə qarşılaşacaq.

Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv Maltadan savayı Andorra ilə eyni qrupda yer alıb.


20:30 Malta - Azərbaycan

Azərbaycan millisinin heyəti:
Zaur Paşayev, Cordan Deyvis, Endar Poladxanlı, Orxan Aydın, Anar Hacıyev, Amil Həmzəyev, Əkpər Məmmədov, Cəbrayıl Əkpərov, Şirzad Şirzadov, Elşad Şirzadov, Ulas Can Turqut və Beray Taşer
 

Xəbər xətti