Emin Mahmudov "Neftçi"də 150-ci oyununu keçirdi

Emin Mahmudov “Neftçi”də 150-ci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, bu, Misli Premyer Liqasının I turuna təsadüf edib.

 

“Şamaxı” ilə səfər görüşü Bakı klubunun yarımmüdafiəçisi üçün yubiley xarakteri daşıyıb. İkinci hissənin gedişində meydana daxil olan Emin ağ-qara formadakı 150-ci oyununda vurduğu qolla komandasına qələbə qazandırıb – 1:0.

 

Mahmudov Premyer Liqada 118, ölkə kubokunda 12, avrokuboklarda 20 matç keçirib. O, “Neftçi”dəki 150 qarşılaşmada 32 dəfə rəqib qapısına yol tapıb.

Tarix: 8 Avqust [12:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Oktyabr 2022
4  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio