Tovuzda anşlaq: Bütün biletlər satılıb

14:32 - 8 Avqust 2022

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"ni qəbul edir. 


Sportal.az xəbər verir ki, 9 illik fasilədən sonra Premyer Liqaya qayıdan qərb bölgəsi təmsilçisinin oyununa maraq böyükdür. 


Yerli fanatlar komandalarının matçına böyük diqqət göstərir. Əldə etdiyimiz məlumata görə, Tovuz Şəhər Stadionunda keçiriləcək qarşılaşma üçün satışa çıxarılan biletlərin hamısı satılıb.


Qeyd edək ki, "Turan Tovuz" - "Qəbələ" oyunu saat 17:00-da start götürəcək.

Xəbər xətti