Avropa Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşacaq

14:45 - 9 Avqust 2022

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

Sportal.az xəbər verir ki, bu gün cəmi bir oyun oynanılacaq.

"Şkupi" Şimali Makedoniyada "Şemrok Rovers"i qəbul edəcək. İki komanda arasında İrlandiyadakı matçda ev sahibləri 3:1 qalib gəlib. Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş" səddini keçə bilməsə, "Şkupi" - "Şemrok Rovers" cütünün qalibi ilə qarşılaşacaq.

9 avqust

23:00 "Şkupi" (Şimali Makedoniya) – "Şemrok Rovers" (İrlandiya)

İlk oyun 1:3

Xəbər xətti