"Napoli" argentinalı forvardı icarəyə götürür

19:48 - 11 Avqust 2022

"Napoli" "Verona"nın hücumçusu Covanni Simeoneni icarəyə götürməyə hazırlaşır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi argentinalının transfer hüququna yiyələnmək istəsə də, bu baş tutmayıb. Ona görə də öncə onu icarəyə götürmək niyyətindədi. Artıq danışıqlara start verilib. 

"Napoli" icarə müddəti bitdikdən sonra onunla 2027-ci ilə qədər müqavilə imzalayacaq. Argentinalının yeni klubundakı illik maaşı isə 1,7 milyon avro olacaq. 

Xəbər xətti