"Neftçi"nin müdafiəçisi əməliyyat ediləcək

19:27 - 12 Avqust 2022

Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid” – “Neftçi” matçının ilk hissəsində zədələnərək əvəzlənən Azər Salahlı müayinədən keçib.

Sportal.az xəbər verir ki, həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.

Yaxın günlərdə Salahlı əməliyyat ediləcək.

​Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Xəbər xətti