Qazaxıstan millisinin baş məşqçisi: "Qarabağ"ın oyunlarına baxmağa çalışıram" - VİDEO

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının C3 qrupunda Belarus (22 sentyabr) və Azərbaycana (25 sentyabr) qarşı keçiriləcək oyunlara hazırlıqdan danışıb. 

Sportal.az xəbər verir ki, "Спорт Шредингера" "yutub" kanalına danışan millinin çalışdırıcısı "Qarabağ"ın oyunlarını izlədiyini də bildirib:

"Bizim öyrənməli olduğumuz məsələlər var. Oyun sarıdan daha da artırmalıyıq. Çünki qarşıda bizi iki çətin matç gözləyir. Bu oyunların məsuliyyətlərini dərk edirik. Belarus və Azərbaycan bizimlə oyunlarda hər şeyi edəcəklər.

Rəqiblərimiz barədə müəyyən məlumatlara sahib olmağa çalışıram. Ona görə də "Qarabağ"ın oyunlarına baxmağa çalışıram. Çünki onların əksər futbolçuları Azərbaycan millisinin heyətində bizə qarşı oynayacaq. Belarus millisi haqda məlumat toplamaq daha çətindi. Çünki onların hərəsi bir klubda oynayır, bir klubda oynayan futbolçu qrupu yoxdu. Üstəlik, sanksiyalar olduğuna görə neytral meydanda oynayırlar. Amma istənilən halda, biz müəyyən məlumatlar var".

Mirbağırağa
 

Tarix: 15 Avqust [12:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio