Premyer Liqada son 14 mövsümdə ilk dəfə

Misli Premyer Liqasının lideri “Sabah” startdakı hər iki oyunda 3 qol vurmağı bacarıb.

 

Sportal.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.

 

Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub.

 

Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/09 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.

 

Qeyd edək ki, ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.

Tarix: 15 Avqust [16:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio