Cüdoçumuz qızıl medal qazandı

18:15 - 15 Avqust 2022

Azərbaycan Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb. 

 

Sportal.az xəbər verir ki, -60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qadınların yarışında Könül Əliyeva (48 kq) finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olub. O, gümüş medal qazanıb.  Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə uduzub.

Xəbər xətti