"Beşiktaş" ulduz futbolçunu transfer edir

19:16 - 16 Avqust 2022

Türkiyənin "Beşiktaş" klubu heyətini məşhur futbolçu ilə gücləndirmək üzrədir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Everton"un yarımmüdafiəçisi Dele Allininin transferini bitirməyə çox yaxındır. Bu barədə "A Spor" kanalı məlumat yayıb.

 

"Qara qartallar" 26 yaşlı futbolçunu 1 illik icarəyə götürəcək. "Beşiktaş" icarə müqaviləsinin müddəti bitdikdən sonra ingiltərəli vingeri birdəfəlik transfer etmək hüququna sahib olacaq.

 

Qeyd edək ki, Dele Alli 2022-ci ilin yanvar ayında "Tottenhem"dən "Everton"a transfer olunub. İngiltərə millisinin keçmiş üzvü Premyer Liqa klubunun heyətində 13 matçda meydana çıxıb.

Xəbər xətti