Ançelotti: "Kazemironun qərarını anlayışla qarşılayırıq"

16:15 - 19 Avqust 2022

"Real"ın baş məşqçisi Karlo Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçə biləcəyini təsdiqləyib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu yaxın günlərdə Mançesterə yollanmağa hazırlaşır.

Ançelotti isə Kazemironun seçiminə hörmətlə yanaşacaqlarını bildirib:

"Kazemiro ilə danışdım. O, yeni çağırış axtarışındadı. Biz onun qərarını anlayışla qarşılayırıq".

​30 yaşlı futbolçu “Sao Paolo” yetirməsidi. O, 2013-cü ildən “Real”da oynayır.

Xəbər xətti