"Real" fransızı transfer siyahısından çıxardı

12:54 - 22 Sentyabr 2022

"Real" PSJ-nin forvardı Kilian Mbappeninin transferi üçün bir daha cəhd etməyəcək.

Sportal.az "El Debate"yə istinadən xəbər verir ki, "kral klubu" artıq fransızı transfer siyahısından çıxarıb.

"Real" rəsmiləri hesab edir ki, Mbappe və ailəsi PSJ-dəki maaşını rekord məbləğə çatdırmaq üçün onlardan istifadə edib.

PSJ də futbolçusunu "Real"a buraxmamaq üçün tələb etdiyi maaşla razılaşmaq məcburiyyətində qalıb. 

Xəbər xətti