Benzemanın qayıdacağı tarix məlum oldu

17:46 - 22 Sentyabr 2022

"Real"ın zədəli futbolçusu Kərim Benzemanın yaşıl meydanlara qayıdacağı tarix məlum olub.


Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu La Liqanın 7-ci turunun "Osasuna" ilə matçına kimi hazır olacaq. Fransalı forvard 2 oktyabr tarixində baş tutacaq oyunda komandasına kömək edə biləcək.


Qeyd edək ki, Kərim Benzema Çempionlar Liqası qrup mərhələsinin 1-ci turunun "Seltik"lə görüşündə (3:0) zədələnərək meydanı tərk etmişdi.

Xəbər xətti