"Real" Modriçin xidmətindən məhrum oldu

10:59 - 29 Sentyabr 2022

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Luka Modriç sırandan çıxıb.

 

37 yaşlı futbolçu Xorvatiya milli komandasının düşərgəsində bud əzələsindən zədə alıb. Təcrübəli oyunçu 10 gün komandanın məşq prosesindən uzaq qalacaq.

 

Modriç La Liqanın 8-ci turunun "Osasuna", Çempionlar Liqası qrup mərhələsinin üçüncü turunun "Şaxtyor"la matçlarında iştirak edə bilməyəcək.

Xəbər xətti