"İnter" türk müdafiəçini transfer edəcək

15:33 - 29 Sentyabr 2022

"İnter"in müdafiəçisi Milan Şkrinyar PSJ-nin transfer siyahısında yer alıb.

 

Sportal.az xəbər verir ki, slovakiyalı futbolçunun Paris klubuna keçidi ehtimalını nəzərə alan "nerazzuri" onun əvəzləyicisini tapıb.

 

Milan klubunun gündəmində olan müdafiəçi "Lester Siti"də çıxış edən Çağlar Söyüncüdür. "İnter" mövsümün sonunda Premyer Liqa təmsilçisi ilə müqaviləsi başa çatan türk stoperi azad agen statusu ilə heyətinə qatmağı planlaşdırır.

 

Çağlar Söyüncü "Lester Siti"yə 2018-ci ilin yayında "Frayburq"dan transfer olunub. Türkiyə millisinin üzvü "tülkülər"in heyətində meydana çıxdığı 124 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti