Azərbaycan Türkiyə ilə bərabərə qaldı

17:36 - 29 Sentyabr 2022

Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası qarşı keçirilmiş qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

​Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutmuş oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsilə nəticələnmişdi.

Xəbər xətti