Göyçayda futbol festivalı keçirildi

18:57 - 6 Oktyabr 2022

UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində AFFA-nın təşkilatçılığı, Göyçay rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə oktyabrın 5-də Göyçay şəhər stadionunda 11-14 yaşlı uşaqlar üçün əyləncəli futbol festivalı keçirilib.

 

Sportal.az xəbər verir ki, festivala 100-dən çox uşaq cəlb olunub. Festival zamanı futbol oynayan iştirakçılar, topla müxtəlif hərəkətlər icra edib, əyləncəli vaxt keçiriblər.

 

Festivalın sonunda hər bir iştirakçıya AFFA və UEFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələri iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Göyçay rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov və digər rəsmi şəxslər birlikdə təqdim edib.

Xəbər xətti