"Zirə"nin legioneri yunanlara "Qarabağ" haqda danışdı

19:20 - 6 Oktyabr 2022

"Zirə"nin yunanstanlı müdafiəçisi Dimitrios Çantakias ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu "Olimpiakos" - "Qarabağ" qarşılaşmasını dəyərləndirib. O, Ağdam təmsilçisinin üstün cəhətlərini qeyd edib:

 

"Qarabağ” topla oynamağı xoşlayan komandadır. Müdafiə olunmur, rəqiblərinin üzərinə gəlməsini gözləmirlər. “Olimpiakos”u topsuz qoysalar, Yunanıstan klubu problem yaşayacaq. Yaxşı olardı ki, "Olimpiakos" dördlü müdafiə qursun və yarımmüdafiənin mərkəzini gücləndirsin". 

 

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" qarşılaşması bu gecə Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Xəbər xətti