"Bavariya"dan Ronaldo açıqlaması

22:10 - 29 Noyabr 2022

"Bavariya"nın idarə heyətinin üzvü Oliver Kan Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin rəsmisi "Mançester Yunayted"dən ayrılan portuqaliyalı hücumçunu transfer etməyəcəklərini deyib:

 

"Ronaldo üçün həmlə etməyəcəyik. Hamımız Kriştianonu sevirik, amma bizim strategiyamız fərqlidir. Komandanın necə olmağına dair konkret fikrimiz və fəlsəfəmiz var".

Xəbər xətti