Canni De Byazi dünya çempionatındakı favoritinin adını açıqlayıb

11:18 - 2 Dekabr 2022

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Qətərdə keçirilən 2022-ci il dünya çempionatında favoritinin adını açıqlayıb.

Sportal.az "TMW"yə istinadən xəbər verir ki, italiyalı məşqçi İspaniyanın çempion olmasını istəyir:

"İspaniya dünya çempionatında mənim favoritimdir. Bu, mənim ən çox güvəndiyim komandadır. Həyatın Luis Enrikedən aldığından sonra, onun bu turniri qalib başa vurmasına çox sevinərdim. Demək ki, həyat başqa əllə ona nəsə qaytaracaq”. 

Xatırladaq ki, 2019-cu ildə Luis Enrikenin qızı 9 yaşında xəstəlikdən dünyasını dəyişib. 

Xəbər xətti