"Çox qol vuraraq, digər iki komandaya maksimum təzyiq göstərmək istəyirdik"

12:25 - 2 Dekabr 2022

"Bavariya" və Almaniya millisinin hücumçusu Serj Qnabri millisinin Qətərdə keçirilən dünya çempionatındakı iştirakını başa vurmasından danışıb.

Sportal.az "Sport1"ə istinadən xəbər verir ki, almaniyalı futbolçu komandasının uğursuzluğunu belə şərh edib

"Kosta-Rika ilə görüşdə mümkün qədər çox qol vuraraq, digər iki komandaya da maksimum təzyiq göstərmək istəyirdik. Komandamızda kifayət qədər istedadlı oyunçu var. Lakin qrup mərhələsindən çıxa bilmədik. Bu, çox üzücüdür. Nə deyəcəyimi də bilmirəm. Biz kifayət qədər yaxşı oynamadıq deyə, növbəti mərhələyə çıxa bilmədik".

 

Xəbər xətti